2024-02-03 12:00:03

Azərbaycanda səyahət sığortasına maraq 16% artıb

Azərbaycanda xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb. Azərbaycanda fərdi qəza və xəstəliklərin könüllü sığortasına maraq 28% artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 6 milyon 22 min manat təşkil edib.  Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 848 min manat və ya 16,4% çoxdur. 2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 5 milyon 174 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 543 min manat təşkil edib ki, bu da illik müqayisədə 34 min manat və ya 6,6% çoxdur. Ötən ilin eyni dövründə 510 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 9% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 0,9% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 9,9% təşkil edib.

Fed.az