2024-06-09 19:29:58

Azərbaycanda səyahət sığortasına maraq 11% azalıb

 Azərbaycanda xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb. Azərbaycanda könüllü tibbi sığorta üzrə 14 mln. manat - ÖDƏNİŞ EDİLİB FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 383 min manat təşkil edib.  Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 177 min manat və ya 11% azdır. 2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 1 milyon 559 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 84 min  manat təşkil edib. Ödənişlərdə illik müqayisədə dəyişikik olmayıb. Hesabat dövründə zərərlilik göstəricisi isə 6,1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 0,7% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5,4% təşkil edib.

Fed.az