Azərbaycanda şəxsi sığorta bazarı 10% - BÖYÜYÜB
Azərbaycanda şəxsi sığorta üzrə cəmi yığımlar və ödənişlər artıb. Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta bazarı - 4 DƏFƏ BÖYÜYÜB FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 112 milyon 818 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 922 min manat və ya 9,6% çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 102 milyon 896 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 64 milyon 126 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 907 min manat və ya 3,1% çoxdur . Keçən ilin eyni dövründə 79 milyon 612 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 56,8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3,6% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 60,5% təşkil edib.