2023-10-18 20:00:36
Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə yığımlar azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 49 min manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% azdır. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi olmayıb. Fuad Mədətov Fins.az