2023-09-07 20:00:06
Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası bazarı 6% böyüyüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 48 min manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi olmayıb.