2023-10-03 12:00:09
Azərbaycanda səfər sığortası bazarı 32%-dən çox böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda səfər sığortası üzrə 4,5 milyon manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,2% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 24,1% azalaraq 0,2 milyon manat olub. Fuad Mədətov Fins.az