2023-10-03 12:00:11

Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta bazarı 2,3 dəfə böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə 1,6 milyon manat sığorta haqqı toplanılıb.  Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.  Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 31,7% azalaraq 21 min manat təşkil edib. Fuad Mədətov Fins.az

Fins.az