2023-12-28 12:00:03

Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar - 4 DƏFƏ ARTIB

Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar artıb,  ödənişlər azalıb. Azərbaycanda həyatın ölüm halından sığortası bazarı - 27% BÖYÜYÜB FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 111 min manat təşkil edib.  Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 845 min manat və ya 4 dəfə çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 1 milyon 265 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 34 min manat təşkil edib ki, bu da illik müqayisədə 27 min manat və ya 44,3% azdır. Ötən ilin eyni dövründə 60 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5% təşkil edib.

Fed.az