Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta bazarı - 4 DƏFƏ BÖYÜYÜB
Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar və ödənişlər artıb. Azərbaycanda əmək qabiliyyətinin sığortası bazarı 29% böyüyüb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 763 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 605 min manat və ya 4,1 dəfə çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 1 milyon 158 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 34 min manat təşkil edib ki, bu da illik müqayisədə 27 min manat və ya 44,3% azdır . Keçən ilin eyni dövründə 60 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 0,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4,5% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5,2% təşkil edib.
