2023-09-25 20:00:08
Azərbaycanda qeyri-həyat sığortası üzrə yığımlar 15%-dək artıb
Azərbaycanda qeyri-həyat sığortası üzrə yığımlar artıb. Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar 2 dəfədən çox artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 241 milyon 559,7 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 30 milyon 660,9 min manat və ya 14,5% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 210 milyon 898,8 min manat təşkil edib.