2023-10-12 16:00:05
Azərbaycanda peşə məsuliyyətinin sığortası üzrə yığımlar 64%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda peşə məsuliyyətinin sığortası üzrə 1,1 milyon manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,3% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi olmayıb. Fuad Mədətov Fins.az