2023-11-01 20:00:02
Azərbaycanda peşə məsuliyyətinin sığortası bazarı 46%-dək böyüyüb
Azərbaycanda peşə məsuliyyətinin sığortası üzrə yığımlar artıb. Azərbaycanda sürücülərin mülki məsuliyyətinin sığortası bazarı 64% BÖYÜYÜB FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 164 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 364 min manat və ya 45,5% çoxdur. 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 800 min manat təşkil edib. Bundan başqa bu növ sığorta üzrə ödənişlər və zərərlilik göstəricisi olmayıb.