2024-01-03 12:00:05

Azərbaycanda nəqliyyat yüklərinin sığortası bazarı 8% artıb

Azərbaycanda yüklərin (nəqliyyat) sığortası üzrə yığımlar və ödənişlər  artıb. Azərbaycanda sürücülərin mülki məsuliyyətinin sığortası üzrə zərərlilik 61% olub FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- noyabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 492 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 414 min manat və ya 8% çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 5 milyon 78 min manat təşkil edib. Bu növ sığorta ödənişləri isə 134 min manat təşkil edib ki, bu da illik müqayisədə 92 min manat və ya 3,2 dəfə çoxdur. 2022-ci ilin eyni dövründə 42 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik 2% olub. Bu da illik müqayisədə 1% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 1% idi.

Fed.az