Azərbaycanda könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 20% artdı
Azərbaycanda könüllü qeyri-həyat sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub. Əmək qabiliyyətinin könüllü sığortasına maraq 2 -DƏFƏDƏN ÇOX ARTIB FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 122 milyon 991 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 987 min manat və ya 1% azdır. 2023-ci ilin yanvar-mart aylarında bu göstərici 123 milyon 978 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 27 milyon 719 min manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 665 min manat və ya 20% çoxdur. Əvvəlki ilin eyni dövründə 23 milyon 53 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 29% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 24% təşkil edib.