2024-06-09 19:29:54

Azərbaycanda marağın ən çox artdığı və azaldığı - SIĞORTA NÖVLƏRİ ( YANVAR/APREL-2024)

2024-cü ilin yanvar-aprel aylarının nəticələrinə əsasən Azərbaycanın sığorta bazarı 16%, başqa sözlə 75 milyon 311 min manat böyüyüb. Azərbaycanda ən çox və ən az ödənişlər edilən - SIĞORTA NÖVLƏRİ (YANVAR-APREL/2024) FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq bülletenə istinadən xəbər verir. Göstəricilər əsasında aparılmış hesablamalardan məlum olur ki, yığımlar üzrə ən yüksək müsbət dinamika könüllü sığortalar üzrə olub. Bu ilin 4 ayının nəticəsinə görə könüllü sığorta bazarı 68 milyon 547 min manat (20%) böyüyüb. Ondan əlavə  64 milyon 331 min manat və ya 20% könüllü həyat, 6 milyon 763 min manat və ya 5% artım icbari sığortanın payına düşüb. Könüllü həyat sığortasında ən yüksək yığım dinamikası 59 milyon 728 min manat (31%) olmaqla həyatın yaşam sığortası üzrə qeydə alınıb. İlk 4 ayın nəticələrinə görə yığımların ən çox azaldığı sığorta növləri  əmlakın yanğından və digər risklərdən könüllü sığortası (2 milyon 734 min manat / 12%), kənd təsərrüfatı bitkiləri məhsullarının könüllü sığortası (1 milyon 506 min manat / 16%) və tibbi sığorta (1 milyon 106 min manat/2%) olub.

Fed.az