2023-10-17 16:00:17
Azərbaycanda kreditlərin sığortası üzrə yığımlar 2,7 dəfə çoxalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kreditlərin sığortası üzrə 2,15 milyon manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Ötən 8 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə cəmi 900 manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb). Fuad Mədətov Fins.az