2024-05-17 21:38:34

Azərbaycanda könüllü tibbi sığortaya maraq azalıb

Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb. Könüllü həyat sığortası üzrə ödənişlər - 155 MİLYON MANATI KEÇDİ FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 68 milyon 635 min manat təşkil edib.  Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 909 min manat və ya 3% azdır. Ötən ilin yanvar-mart aylarında bu göstərici 70 milyon 544 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 20 milyon 262 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 222 min manat və ya 19% çoxdur. Ötən ilin eyni dövründə 17 milyon 41 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 30% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 25% təşkil edib.

Fed.az