Azərbaycanda könüllü tibbi sığorta üzrə ödənişlər 29 mln. manata - ÇATIB
Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb. Könüllü həyat sığortası üzrə ödənişlər - 155 MİLYON MANATI KEÇDİ FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 71 milyon 513 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 106 min manat və ya 32% azdır. Ötən ilin yanvar-aprel aylarında bu göstərici 72 milyon 619 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 28 milyon 936 min manat təşkil edib ki, bu da illik müqayisədə 6 milyon 188 min manat və ya 27% çoxdur. Ötən ilin eyni dövründə 22 milyon 748 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 40,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 9,1% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 31,4% təşkil edib.