Azərbaycanda könüllü tibbi sığorta üzrə 14 mln. manat - ÖDƏNİŞ EDİLİB
Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar azalıb, ödənişlər artıb. Azərbaycanda qeyri-həyat sığortasına 15 milyon manat - ÖDƏNİŞ EDİLİB FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 62 milyon 933 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 938 min manat və ya 3% azdır. 2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 64 milyon 871 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 14 milyon 256 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 948 min manat və ya 26% çoxdur. Əvvəlki ilin eyni dövründə 11 milyon 308 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 23% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 18% təşkil edib.