2023-12-28 16:00:04

Azərbaycanda könüllü tibbi sığorta bazarı 7% böyüyüb

Azərbaycanda tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb. Azərbaycanda şəxsi sığorta bazarı 8% - BÖYÜYÜB FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 112  milyon 548 min manat təşkil edib.  Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 1 min manat və ya 7% çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 105 milyon 547 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 73 milyon 498 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 370 min manat və ya 11,1% çoxdur. Ötən ilin eyni dövründə 66 milyon 128 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 65% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 63% təşkil edib.

Fed.az