2023-10-24 16:00:15
Azərbaycanda könüllü sığorta 24,2% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 687,374 milyon manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 24,2% çoxdur. Hesabat dövründə könüllü sığorta növlərinin ödənişlərinin məbləği 320,151 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,7% çoxdur. Fuad Mədətov Fins.az