2024-04-06 12:00:02

Azərbaycanda könüllü şəxsi sığorta ödənşlər 26% artıb

 Azərbaycanda könüllü şəxsi sığorta üzrə yığımlar və ödənişlər artıb. Azərbaycanda qeyri-həyat sığortasına 15 milyon manat - ÖDƏNİŞ EDİLİB FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 64 milyon 246 min manat təşkil edib.  Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 828 min manat və ya 3% azdır. 2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 66 milyon 73 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 14 milyon 353 min  manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 961 min manat və ya 26% çoxdur. Əvvəlki ilin eyni dövründə 11 milyon 392 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 22% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 17% təşkil edib.

Fed.az