2024-04-06 16:00:03

Azərbaycanda könüllü əmlak sığortası üzrə ödənişlər -47% ARTIB

 Azərbaycanda könüllü əmlak sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb. Fərdi qəza və xəstəliklərin könüllü sığortasına maraq 41% artıb FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 39 milyon 726 min manat təşkil edib.  Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 7 min manat və ya 11% çoxdur. 2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 35 milyon 719 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 5 milyon 424 min  manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 472 min manat və ya 47% çoxdur. Əvvəlki ilin eyni dövründə 3 milyon 682 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 14% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 11% təşkil edib.

Fed.az