2023-10-09 12:00:28

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 2,7 milyon manat sığorta haqqı toplanılıb.  Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 85,4% artaraq 0,7 milyon manat olub. Fuad Mədətov Fins.az

Fins.az