2023-08-31 16:00:04

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası bazarı 23% böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 2,6 milyon manat sığorta haqqı toplanılıb.  Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2,1 dəfə artaraq 0,65 milyon manat olub. 

Fins.az