2023-10-05 20:00:03
Azərbaycanda KASKO sığortası üzrə 32,5 milyon manat sığorta haqqı toplanılıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə 32,5 milyon manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 12,1% artaraq 12,1 milyon manat olub. Fuad Mədətov Fins.az