2023-10-17 16:00:14
Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə yığımlar artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 56 milyon manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 23,4% azalaraq 1,9 milyon manat olub. Fuad Mədətov Fins.az