2023-10-17 16:00:16
Azərbaycanda işin dayanması ilə bağlı risklərdən sığorta üzrə yığım 7%-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda işin dayanması ilə bağlı risklərdən sığorta üzrə 0,5 milyon manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur. Məlumata görə, son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi də olmayıb. Fuad Mədətov Fins.az