2023-10-24 16:00:11
Azərbaycanda icbari sığorta 40,6% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 249,863 milyon manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 40,6% çoxdur. Hesabat dövründə il ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği 11,7% artaraq 80,235 milyon manata çatıb. Fuad Mədətov Fins.az