Azərbaycanda icbari həyat sığortası üzrə ödənişlər - 58% ARTIB
Azərbaycanda icbari həyat sığortası üzrə yığımlar və ödənişlər artıb. Mənzillərin istismarı ilə bağlı məsuliyyətin icbari sığortası üzrə ödənişlər - KƏSKİN ARTIB FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 33 milyon 322 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 6 min manat və ya 10% çoxdur. 2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 30 milyon 317 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 27 min manat təşkil edib ki, bu da illik müqayisədə 376 min manat və ya 58% çoxdur. Əvvəlki ilin eyni dövründə 651 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 3,1% təşkil edib. Zərərlilik son bir ildə 0,9% artıb, Ötən ilin eyni dövründə zərərlilik 2,1% idi.