2023-08-31 11:24:33
Azərbaycanda həyatın yaşam sığortası bazarı 38% böyüyüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə 319,6 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 26,9% artaraq 165,4 milyon manat olub.