2023-11-23 12:00:06

Azərbaycanda həyatın ölüm halından sığortası bazarı - 28% BÖYÜYÜB

Azərbaycanda həyatın ölüm halından sığortası üzrə yığımlar və ödənişlər artıb. Azərbaycanda tibbi sığorta bazarı 8% böyüyüb, zərərlilik 3% azalıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 28 milyon 109 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 146 min manat və ya 28% çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 45 milyon 688 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 1  milyon 698 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 414 min manat və ya 19,6% azdır. Keçən ilin eyni dövründə 2 milyon 112 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3,6% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 9,6% təşkil edib.

Fed.az