Azərbaycanda həyatın ölüm halından sığortası bazarı - 27% BÖYÜYÜB
Azərbaycanda həyatın ölüm halından sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb. Azərbaycanda əmək qabiliyyətinin sığortası bazarı -76% BÖYÜYÜB FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 30 milyon 461 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 483 min manat və ya 27% çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 23 milyon 978 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 978 min manat təşkil edib ki, bu da illik müqayisədə 310 min manat və ya 13,6% azdır. Ötən ilin eyni dövründə 2 milyon 286 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 10% təşkil edib.