2023-10-04 16:00:08

Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə 19,3 milyon manat sığorta haqqı toplanılıb.  Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% azdır. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi 100% azalıb. Fuad Mədətov Fins.az

Fins.az