2024-02-02 12:00:04

Azərbaycanda fərdi qəza və xəstəliklərin könüllü sığortasına maraq 28% artıb

Azərbaycanda fərdi qəza və xəstəliklərin könüllü sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb. Azərbaycanda könüllü şəxsi  sığortaya maraq artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr  aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 989 min manat təşkil edib.  Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 97 min manat və ya 28,2% çoxdur. 2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 3 milyon 891 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 176 min manat təşkil edib ki, bu da illik müqayisədə 44 min manat və ya 19,9% azdır. Ötən ilin eyni dövründə 219 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 3,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5,6% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2,1% təşkil edib.

Fed.az