2023-10-04 16:00:10

Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar 40,3% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə 2,6 milyon manat sığorta haqqı toplanılıb.  Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3% çoxdur.  Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 32,2% azalaraq 0,1 milyon manat olub. Fuad Mədətov Fins.az

Fins.az