2023-11-24 12:00:04

Azərbaycanda fərdi qəza və xəstəlik sığortası bazarı 54% böyüyüb

Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə cəmi yığımlar artıb və ödənişlər azalıb. Xaricə səfər edən vətəndaşların sığortası bazarı 21% - BÖYÜYÜB FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 252 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 494 min manat və ya 54,2% çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 2 milyon 758 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 149 min manat təşkil edib ki, bu da illik müqayisədə 47 min manat və ya 23,8% azdır. Keçən ilin eyni dövründə 196 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 3,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3,6% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 7,1% təşkil edib.

Fed.az