Azərbaycanda fərdi qəza və xəstəlik sığortası bazarı 26% böyüyüb
Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb. Azərbaycanda könüllü tibbi sığorta bazarı 7% böyüyüb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 533 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 949 min manat və ya 26% çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 3 milyon 585 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 165 min manat təşkil edib ki, bu da illik müqayisədə 45 min manat və ya 45% azdır. Ötən ilin eyni dövründə 210 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 6% təşkil edib.