2023-08-31 11:40:39
Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar 33% artıb
Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar 33%-ədək artıb. Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar 5%-dən çox artıb FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 42 milyon 914,4 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 625,1 min manat və ya 32,9% çoxdur. 2022-ci ilin yanvar-iyul aylarında bu göstərici 32 milyon289,3 min manat təşkil edib.