2023-10-04 16:00:07

Azərbaycanda əmlakın yanğından sığortası üzrə yığımlar 23,8% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmlakın yanğından sığortası üzrə 46,9 milyon manat sığorta haqqı toplanılıb.  Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8% çoxdur.  Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 15,1 dəfə artaraq 16,8 milyon manat olub. Fuad Mədətov Fins.az

Fins.az