2023-08-31 11:24:32

Azərbaycanda əmək qabiliyyətinin sığortası bazarı 40% böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əmək qabiliyyətinin sığortası üzrə 1 milyon manat sığorta haqqı toplanılıb.  Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,4% çoxdur.   Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 21,2% azalaraq 20 min manat olub. 

Fins.az