2024-01-26 12:00:05

Azərbaycanda əmək qabiliyyətinin könüllü sığortası üzrə ödənişlər - 3 DƏFƏ ARTIB

Azərbaycanda əmək qabiliyyətinin sığortası üzrə yığımlar və ödənişlər artıb. Azərbaycanda könüllü həyat sığortası bazarı - 28% BÖYÜYÜB FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib.  Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 720 min manat və ya 59,6% çoxdur. 2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 1 milyon 208 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri  147 min manat təşkil edib ki, bu da illik müqayisədə 98 min manat və ya 3 dəfə çoxdur. Ötən ilin eyni dövründə 48 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 7,6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3,6% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 4% təşkil edib.

Fed.az