2023-10-19 12:00:09
Azərbaycanda digər icbari sığorta bazarı üzrə yığımlar artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda digər icbari sığorta bazarı üzrə 24 min manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 56,3% azalaraq 0,3 milyon manat olub. Fuad Mədətov Fins.az