2023-10-09 12:00:21
Azərbaycanda dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar 27% azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə 33 min manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,9% azdır. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi olmayıb. Fuad Mədətov Fins.az