2023-10-18 20:00:42

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 63,4 milyon manat sığorta haqqı toplanılıb.  Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,3% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 6,3 dəfə artaraq 4,7 milyon manat olub. Fuad Mədətov Fins.az

Fins.az