2023-08-31 11:40:43

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı - 60%-DƏN ÇOX BÖYÜYÜB

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 58 milyon 921 min manat sığorta haqqı toplanılıb. Azərbaycanda tibbi sığorta üzrə ödənişlər 6% azalıb FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60.4% çoxdur. 2022-ci ilin 7 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 36 milyon 734 min manat təşkil edib. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 5.3 dəfə artaraq 3 milyon 241 min manat olub.

Fed.az