2023-09-06 20:00:04
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı 60% böyüyüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 58,9 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,4% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 5,3 dəfə artaraq 3,2 milyon manat olub.