Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı - 48% BÖYÜYÜB
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb. Azərbaycanda avtomobillərin sığortası bazarı - 23% böyüyüb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 72 milyon 610 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 milyon 445 min manat və ya 48% çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 49 milyon 164 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 5 milyon 551 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 547 min manat və ya 5,5 dəfə çoxdur. Ötən ilin eyni dövründə 1 milyon 3 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 6% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2% təşkil edib.