2023-11-22 16:00:02

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası - 50% BÖYÜYÜB

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb. Azərbaycanda tibbi sığorta bazarı 8% böyüyüb, zərərlilik 3% azalıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 68 milyon 665 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 977 min manat və ya 50,3% çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 45 milyon 688 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 5 milyon 242 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 279 min manat və ya 5,4 dəfə çoxdur. Keçən ilin eyni dövründə 963 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 7,6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5,5% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2,1% təşkil edib.

Fed.az