2024-03-30 16:00:02

Azərbaycanda avtomobillərin könüllü sığortasına yığımlar 38% artıb

Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.   Mənzillərin istismarı ilə bağlı məsuliyyətin icbari sığortası üzrə ödənişlər - 13 DƏFƏ ARTIB FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 9 milyon 181 min manat təşkil edib.  Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 512 min manat və ya 38% çoxdur. 2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 6 milyon 669 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 3 milyon 306 min  manat təşkil edib ki, bu da illik müqayisədə 574 min manat və ya 21% çoxdur. Əvvəlki ilin eyni dövründə 2 milyon 732 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 36% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 41% təşkil edib.

Fed.az